"Napoli" futbolçusu Viktor Osimhenin qiymətini açıqlayıb.

 Offsideplus.az "Fichajes"ə istinadən xəbər verir ki, 23 yaşlı hücumçunu heyətinə qatmaq istəyəcək komanda  Neapol təmsilçisinə 100 milyon avro ödəməlidir. Onun A Seriyası klubu ilə hazırkı sözləşməsi 2025-ci ildə başa çatır.

Nigeriyalı oyunçu ilə "Real","Mançester Yunayted", "Arsenal", "Liverpul", "Tottenhem" və "Nyukasl" yaxından maraqlanır.

Qeyd edək ki, gənc forvard bu mövsüm "Napoli"nin heyətində 25 matçda 15 qol və 4 məhsuldar ötürmə edib.