"İnter" bu yaz heyətini üç futbolçu ilə gücləndirməyi planlayır.

 Offsideplus.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, "nerazzurrilər" "Lill"dən Jonatan David, "Sassuolo"dan Cianluca Skamakka və "Yuventus"dan Paulo Dibala üçün hərəkətə keçəcək. Lakin Milan təmsilçisi hücumçuları Lautaro Martines və Aleksis Sançesi satdıqdan sonra bu transferləri gerçəkləşdirə bilər.

Artıq "İnter" argentinalı Martines üçün gələn təklifləri gözdən geçirməyə başlayıb.