“Milan” klubu İtaliya A Seriyasının 19-cu turunda “Empoli” ilə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, “rossonyerlər" həmin səfər matçda hücumçu Zlatan İbrahimoviçin köməyindən istifadə edə bilməyəcək. 

Komandanın son məşqində zədələnən İbrahimoviç “Empoli” ilə oyunuburaxacaq.

Qeyd edək ki, bu gün keçiriləcək “Empoli” - “Milan” oyunusaat 23:45-də başlayacaq.