İsveç millisinin ulduzu Zlatan İbrahimoviç "Milan"la müqaviləsini uzatmaq istəyir.
Offsideplus.az Fabrizo Romanonun "tviter" hesabına istinadən xəbər verir ki, 40 yaşlı hücumçu bu mövsüm başa çatacaq sözləşməsini daha bir il artırmaq niyyətindədir.
Qeyd edək ki, Zlatan 2020-ci ilin yanvarından "Milan"da çıxış edir.