"Milan" klubu ulduz futbolçusu Zlatan İbrahimoviçə yeni müqavilə təklif edəcək.

Offsideplus.az xəbər verir ki, "rossonyerlər" 40 yaşlı hücumçu ilə 1 illik yeni sözləşmə imzalamağı planlaşdırır. İbrahimoviç sözləşməni qəbul edərsə, onun klubdakı 1 illik qazancı 4 milyon avro olacaq.

Qeyd edək ki, İbrahimoviçin hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir.