“Milan” klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç zədəsini sağaldıb.

Offsideplus.az xəbər verir ki, 40 yaşlı hücumçu artıq komanda ilə məşqlərə başlayıb.  

İbrahimoviç A Seriyasının 8-ci turu çərçivəsində “Verona”ya qarşı keçiriləcək oyunda iştirak edə bilər. Matç oktyabrın 16-da baş tutacaq.