“Milan” klubu bu gün İtaliya A Seriyasının 7-ci turunda “Atalanta”nın qonağı olacaq.
Offsideplus.az xəbər verir ki, "rossonyerlər"in isveçli hücumçusu Zlatan İbrahimoviç səfər oyununu buraxacaq. Bu barədə komandanın baş məşqçisi Stefano Pioli məlumat verib.
Qeyd edək ki, “Atalanta” - “Milan” matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.