"Everton"un futbolçusu Moyze Kin "Yuventus"a keçib.

Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi 21 yaşlı forvardı iki illik icarə əsasında heyətinə qatıb. İtaliyalı futbolçu  ilk ilində 3 milyon, ikinci ilində isə 4 milyon avro qazanacaq. 

Qeyd edək ki, o, 2016-2019-cu illərdə "Yuventus"un formasını geyinib.

2016-cı ilin 19 noyabrında "Peskara"ya qarşı oyunda meydana çıxan Kin, 2000-ci illərdə dünyaya gəlib A Seriyasında oynayan ilk futbolçu olmuşdu.