"Latsio"nun baş məşqçisi Simone İnzagi İngiltərə klublarının maraq dairəsindədir.
Offsideplus.az "Calciomercato"ya istinadla xəbər verir ki, "Tottenhem"lə "Lester" italyan çalışdırıcının komandanın "sükanı" arxasına gətirmək istəyir. Premyer Liqa təmsilçiləri İnzagiyə rəsmi təklif göndərməsələr də, bunun yaxın günlərdə baş verəcəyi gözlənilir. Adıçəkilən mənbə 45 yaşlı mütəxəssisin İngiltərədə çalışmaqda maraqlı olduğunu yazır.
Qeyd edək ki, İnzaginin "Latsio" ilə müqavilə müddəti yayda başa çatacaq. Lakin tərəflər arasında yeni anlaşma şərtləri ilə bağlı razılıq olmayıb.