"Milan"ın futbolçusu Zlatan İbrahimoviç mövsümü erkən başa vurub.
Offsideplus.az İtaliya mətbuatına isinadən xəbər verir ki, "Yuventus"la oyunda (3:0) sıradan çıxan 39 yaşlı hücumçu üçün mövsüm bitib. O, İtaliya A seriyasının son 3 turunda - "Kalyari", "Torino" və "Atalanta" ilə görüşlərdə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, İbrahimoviç bu mövsüm "Milan"la 19 oyuna çıxıb, 15 qol vurub, 2 məhsuldar ötürmə verib.