Cari mövsümün sonunda İtaliya A seriyasını tərk edəcək ilk klub bəlli olub.

Offsideplus.az xəbər verir ki, 34-cü turda evdə "İnter"ə 0:2 hesabı ilə uduzan "Krotone"nin B seriyasına düşəcəyi dəqiqləşib.Komanda 18 xalla 20-ci sırada qərarlaşıb.

Qeyd edək ki, "Krotone" ötən mövsüm A Seriyasına yüksəlmişdi.