İtaliya B Seriyası klubu "Monza"da çıxış edən Mario Balotelli komanda yoldaşına maraqlı zarafat edib.

Offsideplus.az xəbər verir ki, məşhur futbolçu qış transfer dönəmində "Monza"ya transfer olan Davide Diauya əyləncəli zarafat hazırlayıb. Belə ki, Balotelli komanda yoldaşının telefonundan pul qabına qədər bütün şəxsi əşyalarının üzərinə "Boloqna"nın futbolçusu Musa Barrounun şəklini yapışdırıb.

Bununla da kifayətlənməyən 30 yaşlı forvard Diaunun maşınına da onlarca eyni stiker yapışdırıb. 

Həmin görüntüləri təqdim edirik: