İtaliya A seriyasında fevral ayının ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, keçən ayın ən yaxşısı "İnter"in belçikalı hücumçusu Romelu Lukaku seçilib. 27 yaşlı belçikalı forvard fevral ayında 4 matça çıxaraq, 4 qol vurub və 3 qolun ötürməsini verib.
Qeyd edək ki, Lukaku 2019-cu ildən "neradzurra"da oynayır.