"Roma"nın futbolçusu Edin Ceko sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, Avroliqada “Braqa” ilə cavab oyununda zədələnən 34 yaşlı hücumçu iki həftəlik yaşıl meydanlardan uzaq qalacaq. O, İtaliya A Seriyasının 24-cü turunda "Milan"a qarşı oyunu buraxacaq.

Qeyd edək ki, "Roma" - "Milan" qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.