"Milan" istəyinə çatıb.

Offsideplus.az "Sky Sports"a istinadla xəbər verir ki, Fikayo Tomori İtaliya nəgəngi ilə razılığa gəlib. "Çelsi"nin futbolçusu bu gün Milana təşrif buyurub. həftə sonuna qədər yeni müqaviləyə qol çəkəcək. 23 yaşlı futbolçu qırmızı-qara formada icarə əsasında top qovacaq. Cari mövsümün sonunda, yəni yayda "Çelsi" ilə "Milan" danışıqlar masası arxasında əyləşəcək. İtalyanlar Tomorinin transferini istəsə, bunun üçün "Çelsi"yə 25 milyon avro ödəmək lazım gələcək. 

Qeyd edək ki. ingiltərəli futbolçu Premyer Liqanın cari mövsümündə "Çelsi" formasında 1 oyuna çıxaraq, 44 dəqiqə meydanda olub.