İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravin A Seriyasında azarkeşlərin tribunalara nə vaxt qayıda biləcəyi barədə danışıb.
Offsideplus.az xəbər verir ki, o "Radio Rai"yə açıqlamasında azarkeşlərin futbolun əsas simaları olduğunu bildirib: "Onlar olmadan matçlar tamamlanmayacaq. Fanatların stadionlara qayıtması üçün nə qədər vaxt lazım olduğunu bilmirəm. Ümid edirəm ki, bu, yanvar ayında gerçəkləşəcək. Amma hər şey bizdən asılı deyil".
Qeyd edək ki, İtaliya A Seriyasında "Milan" 31 xalla birinci pillədə qərarlaşıb. "İnter" 30 xalla ikinci, "Yuventus" isə 27 xalla üçüncüdür.