İtaliyanın “Torino” klubunda koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, çempionatda “İnter”lə keçiriləcək oyunöncəsi komandadan test götürülüb və iki futbolçuda nəticə pozitiv çıxıb.

Bir müddət əvvəl baş məşqçi Marko Campaolo da koronavirusa yoluxmuşdu.

Qeyd edək ki, “Torino” noyabrın 22-də A seriyasının VIII turu çərçivəsində “İnter”lə səfərdə qarşılaşacaq.