İtaliya A Seriyası klubu "Dortmund"lu Erlinq Holandı transfer etməyi düşünür.

Offsideplus.az Calcio Mercato-ya istinadən xəbər verir ki, "qoca sinyora" norveçli hücumçuya transfer təklifi göndərməyi düşünür. Holandın 2022-ci ildə aktivləşəcək birbaşa transfer dəyəri 75 milyon avrodur (88 milyon dollar).

"Dortmund" formasında çıxdığı ilk 25 oyunda 27 qol vuran Erlinq Holandla "Mançester Yunayted" də maraqlanır.