Ötən bazar İtaliya A Seriyasında "İnter"lə "Torino" komandaları arasında keçirilən görüş zamanı xoşagəlməz hadisə yaşanıb.

Offsideplus.az "Sözcü"yə istinadən məlumat verir ki, "İnter"in futbolçusu Antonio Kandrevanın sərbəst zərbəsindən sonra top stadiondakı təhlükəsizlik əmədkdaşının belinə tuş gəlib. İlk anda mühafizəçi elə də ciddi ağrı hiss etməyib, lakin daha sonra onun vəziyyəti ağırlaşıb və dərhal xəstəxanaya aparılıb. Həkimlər onun dalağının parçalandığını bildirib. 

Əməliyyatla dalağı götürülən şəxsin vəziyyətinin normal olduğu bildirilib. Hər iki komandanın xəstəni ziyarət etdiyi də qeyd edilib.