"Barselona"dan ayrılacağı danışılan Luis Suarezin "Yuventus"a təklif edildiyi bəlli olub.
Offsideplus.az xəbər verir ki, Qonzalo Hiquain ilə yollarını ayırmağa hazırlaşan Turin klubu onun yerini uruqvaylı futbolçu ilə doldurmaq niyyətindədir.
Goal.com-un əldə etdiyi məlumata görə, "Barselona"da qalması düşünülməyən futbolçu "Yuventus"a təklif olunub.
Forvard axtarışında olan İtaliya klubunun bu təklifi isti qarşıladığı bildirilir.