İtaliya A Seriyasının bitməsinə 6 tur qalmış yarışı tərk edəcək ilk klubun adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, bu, SPAL klubu olub. 34-cü turda səfərdə “Breşiya”ya 1:2 hesabıyla uduzan SPAL-ın elitadan gedəcəyi dəqiqləşib.

19 xalla 20 iştirakçı arasında sonuncu olan klubun son "3-lüy"ü tərk etməsi mümkün deyil.

"Breşiya" və "Leççe" də təhlükəli zonada qərarlaşıblar.

Qeyd edək ki, SPAL növbəti mövsümdə İtaliya B Seriyasında mübarizə aparacaq.