İtaliya A Seriyasının 34-cü turunda “Yuventus”un “Latsio”nu 2-1 hesabı ilə məğlub etdiyi oyunda dubl edən Kristiano Ronaldo daha bir rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, portuqal ulduz İtaliya çempionatında 61 oyunda 50 qol vurmağı bacarıb. A Seriya tarixində ən az oyunla buna nail olan Ronaldo İtaliya, İspaniya və İngiltərə liqalarında 50 qol vuran yeganə futbolçu olub.

Ronaldo həmçinin "Yuventus" tarixində 1951/52 mövsümündə Con Hansendən sonra 30 qol vuran ilk futbolçu olub.

Qeyd edək ki, 35 yaşlı hücumçu cari mövsümdə 30 qol vuraraq bombardirlik yarışına İmmobile ilə şərikli liderlik edir.