İtaliya futbolunda yay transfer pəncərəsi sentyabrın 1-də açılacaq.

Offsideplus.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, mövsümlərarası transfer dönəmi oktyabrın 5-dək davam edəcək.

Daha əvvəl ölkədə yay transfer pəncərəsi iyulun 1-də açılıb 2 sentyabr tarixində bağlanırdı.

Qeyd edək ki, martda koronavirus pandemiyası səbəbindən dayandırılan İtaliya A Seriyası iyunun 20-də bərpa olunacaq.