"Yuventus" klubunun ulduz futbolçusu Qonzalo İquain məşq zamanı zədələnib.

Offsideplus.az xəbər verir ki, o, sağ ayağının bud əzələsindən zədə alıb. 32 yaşlı oyunçunun durumunun ciddi olmadığı bildirilib.

Argentinalı hücumçunun bərpa müddəti barədə məlumat verilməyib.