İtaliya A Seriyası 2020/2021 mövsümündə yeni formada keçirilə bilər.
Offsideplus.az "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, yeni mövsüm sentyabrın 12-dən tez başlamasa, dəyişiklik baş verəcək.
Liqa rəhbərliyi çempionatı 10 klubdan ibarət iki hissəyə bölmək ehtimalını nəzərdən keçirir. Bundan sonra ən yaxşı komandalar pley-off mərhələsində qarşılaşacaqlar.
Qeyd edək ki, mart ayında koronavirus pandemiyasına görə dayandırılan İtaliya A Seriyası iyunun 20-də bərpa olunacaq.