Koronavirus pandemiyası səbəbindən dayandırılan İtaliya A seriyası iyunun 20-sində start götürəcək. mövsümün qalan turlarının təqvimi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, mövsümün qalan turlarının təqvimi müəyyənləşib.
Ayın 20-21-də XXV turdan qalan 4 qarşılaşma baş tutacaq. İlk olaraq meydana "Torino" ilə "Parma" çıxacaq. İyunun 22-24-ü aralığında isə XXVII turun matçları oynanılacaq.
Hələlik yalnız son 3 turun görüşlərinin dəqiq tarixi açıqlanmayıb. A seriyasında mövsümə avqustun 2-də yekun vurulacaq.
Qeyd edək ki, hazırda "Yuventus" 63 xalla turnir cədvəlinə başçılıq edir.