“Yuventus” hücumçusu Qonzalo İquain karyerasını ölkəsində davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, argentinalı forvardla “River Pleyt” yaxından maraqlanır.
Turin təmsilçisi 32 yaşlı futbolçu üçün 18 milyon avro tələb edir.
Qeyd edək ki, İquain "Yuventus"un heyətində 139 oyunda 63 qol vurub, 11 məhsuldar ötürmə verib.