“Yuventus” klubu Dortmund “Borussiya”sının hücumçusu Erlinq Braut Holandı heyətinə qatmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki,  "qoca sinyora" gələn mövsüm hücum xəttini gücləndirmək istəyir. Transfer siyahısında norveçli forvard da var. Klub rəhbərliyi Holandın komandaya keçidi barədə müzakirələr edir.

Qeyd edək ki, 19 yaşlı futbolçu ilə “Real” da maraqlanır.