İtaliyanın “Atalanta” klubu icarə əsasında komandada çıxış edən, müqavilə ilə “Sampdoriya”ya məxsus olan Duvan Sapatanın transfer hüquqlarına sahib olub.

Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, 28 yaşlı hücumçuyla üç illik müqavilə imzalanıb. “Atalanta” Sapata üçün “Sampdoriya”ya 12 milyon avro ödəyib.

Cari mövsümdə “Atalanta” ilə 11 oyuna çıxan Sapata, 7 qol vurub.