"Artıq uzun müddətdir haqqımda danışılanlara görə narahat olmuram.
Yersiz tənqidləri bir qulağımdan alıb, o biri qulağımdan verirəm. Kimsə tərifləyəndə ona qulaq asıram, amma çox diqqət yetirmirəm”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Yuventus”un hücumçusu Qonzalo İquain deyib. “Marca”ya danışan argentinalı forvard özü ilə bağlı yayılan tənqidlərə münasibət bildirib:
“Həmişə bir prinsipim olub ki, sakitlikdə işləyim. Məşq edirəm, “Yuventus”da oynayıram. Haqqımda danışılan digər şeylər məni narahat etmir. Artıq 12 ildir Avropadayam. Belə şeylər mənə maraqlı deyil”.