"Yuventus"dakı durumundan narazı olan Emre Canın qış tranfer pəncərəsində klubdan ayrılacağı gözlənilir.
Offsideplus.az xəbər verir ki, Turin klubunun baş məşqçisi Sarri ilə ulduzu barışmayan Can 2 məşhur klubun maraq dairəsindədir.
"Sport" nəşri 25 yaşlı yarımmüdafiəçi ilə PSJ və "Barselona"nın maraqlandığını yazıb.
Mövsümün əvvəlində "Yuventus"un UEFA-ya göndərdiyi iştirak ərizəsində yer almayan türk əsilli futbolçu bu səbəbdən Çempionlar Liqası oyunlarında meydana çıxa bilmir. Futbolçu daha sonra verdiyi açıqlamada klubu ona verdiyi sözü tutmamaqda günahlandırmışdı.
"Yuventus"un cari mövsümdə 4 dəfə forma geyinən Emre Canı 40-50 milyon avro təklif gələcəyi halda satmağa razı olduğu bildirilir.