İtaliya A Seriyasında çıxış edən “Sampdoriya”nın yeni baş məşqçisi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Genuya təmsilçisi Klaudio Ranyeri ilə anlaşıb.
67 yaşlı mütəxəssislə bu gün müqavilə bağlanılacağı gözlənilir. O, bu postda uğursuz nəticələrə görə istefaya göndərilən Eusebio Di Françeskonu əvəzləyib.
Ranyeri bu ilin martında “Roma”nın baş məşqçisi postunu tərk edib.
Qeyd edək ki, “Sampdoriya” A Seriyasından 7 turdan sonra 3 xalla sonuncu yerdə qərarlaşıb.