"Yuventus"un futbolçusu Qonzalo İquain "Roma"ya keçə bilər.
Offsideplus.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi argentinalı hücumçu ilə maraqlanır. Klubun 31 yaşlı oyunçu ilə danışıqlar başladığı bildirilib. "Yuventus"un komandada görmək istəmədiyi İquaini satmağa hazır olduğu iddia olunub.
Qeyd edək ki, İquain ötən mövsüm icarə əsasında "Çelsi"də oynayıb. London klubu onu almaq hüququndan istifadə etməyib.