"Roma"nın hücumçusu Edin Ceko İtaliya Kubokunun "Fiorentina"ya qarşı keçirilən matçı zamanı (1:7) baş verən insidentə görə, turnirin iki oyunundan kənarlaşdırılıb və 10 min avro cərimə olunub.
Offsideplus.az xəbər verir ki, romalıların hücumçusu əvəzetmə ilə oyuna daxil olub. Ardınca matçın baş hakimi Canluka Manyaniello Cekonun komanda yoldaşına sarı kart göstərib. Bu zaman bosniyalı dözməyib və hakimin üzünə tüpürüb. Sonda Ceko qırmızı vərəqə alaraq meydanı tərk edib və komandasını azlıqda qoyub.
Matçın sonunda "Fiorentina" İtaliya Kubokunun yarımfinalına çıxıb, "Roma" isə turnirdə çıxışı dayandırıb.