"İnter"in kapitanı Lautaro Martines yaşıl meydanlardan uzaq qala bilər.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı hücumçunun sol ayağının baldır əzələsində dartılma müəyyən olunub.
28 yaşlı futbolçu Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Norveç təmsilçisi "Budyo Qlimt" ilə qarşı keçirdikləri matçda zədələnib.
Martines zədə səbəbindən oyunun 61-ci dəqiqəsində əvəzlənib.


