"Yuventus"un futbolçusu Kenan Yıldız qarşıdakı 2 oyunda komandasına kömək edə bilməyəcək.
Offsideplus.az xəbər verir ki, "Parma" ilə görüşdə ilk hissədən sonradan əvəzlənən türkiyəli futbolçu ciddi zədəsi olmasa da, ehtiyat tədbiri olaraq "Atalanta" və "Latsio" matçlarını buraxacaq.
Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
K. Yıldız cari mövsüm 31 oyunda 9 qol vurub və 8 məhsuldar ötürmə edib.



