Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda PSV ilə 1:1 hesablı heç-heçə edən PSJ-nin baş məşqçisi Luis Enrike pis performans göstərib.

Offsideplus.az xəbər verir ki, informasiyanı "Opta Sport" yayıb. 

İspaniyalı mütəxəssisin dövründə Paris klubu 15 ÇL matçından 9-da qələbə əldə edə bilməyib.

Fransa təmsilçisi, qitənin ən prestijli klub turnirində Enrikenin rəhbərliyi altında keçirdiyi 15 oyundan yalnız 6-sında qələbə qazanıb ki, bu da ümumi oyunların 40 faizini təşkil edir. Qətərin QSI fondu PSJ-ni alandan bəri, bu məşqçi klubun baş məşqçiləri arasında ən zəif nəticə ilə tanınır.