Bakı Olimpiya Stadionu 2027-ci ildə futbol üzrə UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər. 

Offsideplus.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytı bu barədə məlumat yayıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) stadionun namizədliyini təqdim edib.

Xəbərdə qeyd edilir ki, Bakı ilə yanaşı, İspaniyanın paytaxtı Madrid də 2027-ci ildə qitənin ən nüfuzlu klub turnirini təşkil etməkdə maraqlıdır. İspaniya tərəfi həlledici qarşılaşmanı "Metropolitano" stadionunda keçirməyi planlaşdırır.

Rəsmi müraciətlər 19 mart 2025-ci ilə qədər təqdim olunmalıdır.