PSJ-nin baş məşqçisi Luis Enrike hücumçu Usman Dembeleni Çempionlar Liqası oyununa çıxarmayacaq.

Offsideplus.az xəbər verir ki, təcrübəli çalışdırıcı futbolçunu "Arsenal" ilə keçirəcəyi oyunun heyətinə daxil etməyəcək.

Ötən cümə günü "Renn"lə oyundan sonra Enrike və Dembele arasında münaqişə yaşanıb. Bu səbəbdən məşqçi çərşənbə axşamı PSJ-nin "Arsenal"la oynayacağı matç üçün futbolçunu Londona aparmamağı qərara alıb.

Dembele 2023-cü ilin avqustunda PSJ-yə transfer olunub və onun cari müqaviləsi 2028-ci ilin iyununa qədərdir.