"Ştutqart"da çıxış edən Atakan Karazordan sonra daha bir futbolçu da Türkiyə millisini seçə bilər.
Offsideplus.az xəbər verir ki, TFF "Portu" da çıxış edən türk əsilli isveçli oyunçu Deniz Gül üçün hərəkətə keçib. Türkiyə Futbol Federasiyası gənc ulduzu yaxından izləyir və onunla "ay-ulduzlu" formanı geyinməsi üçün görüş təşkil olunacağı gözlənilir.
Qeyd edək ki, Deniz Portuqaliya təmsilçisinin heyətində 66 matça çıxıb və 2 məhsuldar ötürmə etməyi bacarıb.