Ötən həftə "Tottenhem"ə qarşı oyunda penalti zərbəsini dəqiq yerinə yetirə bilməyən "Qarabağ"ın futbolçusu Toral Bayramov sərt tənqidlərə məruz qalmışdı.

"Sabah"a qarşı çempionat matçında qol vurduqdan sonra "susun" işarəsi göstərən millimizin üzvünün bu hərəkəti onu tənqid edənlərə göndərmə kimi qəbul edildi. 

"Offside" radio proqramının daimi eksperti Ceyhun Rzayev epizodu və futbolçuya ünvanlanan tənqidləri müzakirə etdi. 

"Offside"ı həftəiçi hər gün saat 14:00-da Sağlam Radio 93FM-də dinləyə və offsideplusaz Teleqram kanalında canlı izləyə bilərsiniz.