Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov "Birbaşa Bakı"nın Çempionlar Liqasının qalibi olmasına şəxsi "X" hesabında münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, o, belə bir paylaşım edib:
"Avropa çempionları! "‘Birbaşa Bakı" komandası Çempionlar Liqasının finalında Çexiyanın "Brno" kollektivinə 2:1 hesabı ilə qalib gələrək çempion oldu. Necə də inanılmaz səyahət idi! Futbolçularımız hər addımda ürək, qətiyyət və bacarıq nümayiş etdirdilər. Biz Avropa çempionu olmaqdan qürur duyuruq! Təbriklər!"