"Qarabağ"ın Bakıda "Ludoqorets"ə qarşı keçirəcəyi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununa indiyədək 25500 bilet satılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün 30000-ə yaxın bilet satışa çıxarılmışdı.

Qeyd edək ki, bu gün baş tutacaq "Qarabağ” – “Ludoqorets” oyununa saat 20:00-da start veriləcək.

Cavab matçı isə avqustun 13-də Razqrad şəhərində keçiriləcək.