UEFA 4 kluba Çempionlar və Avropa Liqalarında oynamaq üçün xüsusi icazə verib.

Offsideplus.az xəbər verir ki, Avropa futbol qurumu eyni şirkətə və ya sahibkara məxsus olan klubların beynəlxalq turnirlərdə mübarizə aparmasına icazə verib. Beləliklə, "Jirona" ilə "Mançester Siti" klubu ÇL-də, habelə "Mançester Yunayted" və "Nitsa" klubları Avropa Liqasında iştirak edə biləcək.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.