"Real" yarımmüdafiəçi Cud Bellinqem üçün Çempionlar Liqasını qazandıqdan sonra Dortmund "Borussiya"sına bonus ödəyəcək.

Offsideplus.az xəbər verir ki, ingilis futbolçu İspaniya komandasına ötən il qoşulub. Daha sonra tərəflər əlavə ödənişlər barədə razılığa gəliblər. Mənbənin məlumatına görə, "Los Blankos" futbolçunun İspaniya çempionatında iştirakı üçün artıq 5 milyona yaxın pul ödəyib.

Ümumilikdə "sarı-qaralar"ın yayda yarımmüdafiəçi üçün "Real"dan on milyon avrodan bir qədər çox alacağı bildirilir.