Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və Avropa Klublar Assosiasiyası (ECA) avrokubokların formatının dəyişdirilməsi ideyasını müzakirə edir.

Offsideplus.az bildirir ki, “Marca”nın “El Pais”ə istinadən verdiyi məlumata görə, sentyabrın sonunda ECA və UEFA rəhbərləri arasında keçirilən görüşdə hər biri 18 komandadan ibarət üç divizion variantı müzakirə olunub: Super Liqa, Avropa Liqası və İddiaçılar Liqası.

Güman edilir ki, üçüncü diviziondan ikinciyə dörd komanda, ikinci diviziondan isə yalnız iki klub keçə bilər. Hər komanda 34 oyun keçirəcək.

Lakin 2024/25 mövsümündən UEFA-nın klub yarışlarının yeni formatı tətbiq olunacağı üçün 2027-ci ilə qədər hər hansı dəyişiklik qüvvəyə minməyəcək: Çempionlar Liqasının əsas mərhələsində bir liqada 36 klub iştirak edəcək.