Məlum olduğu kimi, avqustun 10-da Bakıda avrokubokların 3 oyunu keçiriləcək. UEFA “Qarabağ”, “Neftçi” və “Sabah”ın ev oyunlarının eyni gündə Bakıda keçirilməsinə qərar verib. AFFA isə məsələ ilə əlaqədar UEFA-ya müraciət edib.

Avropanın ali futbol qurumu artıq AFFA-nın müraciətinə cavab verib.

Bu haqda Offsideplus.az-a açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib. O, UEFA-dan müsbət cavab almadıqlarını söyləyib: "Üç avrokubok oyununun eyni gündə Bakıda keçirilməməsi ilə bağlı UEFA-ya müraciət etmişdik. UEFA-dan bizə cavab verildi ki, qonaq komandalardan biri razılaşarsa, matçlardan biri avqustun 9-da keçirilə bilər. Lakin rəqib komandalar səfər proqramını öncədən tərtib etdiklərindən bununla razılaşmadılar. Nəticədə, UEFA yekun qərarı verdi ki, oyunlar bir gündə avqustun 10-da keçirilsin".

Daşqın Əziz