“Qarabağ”ın 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində daha 4 potensial rəqibi məlum olub.

Offsideplus.az xəbər verir ki, Azərbaycan çempionunun mümkün rəqibləri sırasına “Linkoln” (Cəbəllütariq), “Aris” (Limassol, Kipr), “Farul” (Rumıniya) və “Ballkani” (Kosovo) də qoşulub.

Səpələnməmişlərin səbətində qərarlaşacaq komandalardan yalnız ilkin mərhələnin qalibi, Albaniya və Ermənistan çempionu bəlli deyil.

Öz ölkələrində çempionluğu rəsmiləşdirən “Şerif” (Moldova), “Makkabi” (Hayfa, İsrail) və “Zrinski” (Bosniya və Herseqovina) isə səpələnmişlərə düşdüklərindən, "köhlən atlar"la qarşılaşmayacaqlar.

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 20-də baş tutacaq. Bu raundun oyunları isə 11-12 iyul və 18-19 iyul tarixlərində keçiriləcək.

UEFA Çempionlar Liqası

İlkin mərhələ

Səpələnmişlər:

“Breydablik” (İslandiya), Monteneqro çempionu

Səpələnməmişlər:

“Tre Penne” (San-Marino), “Atletik Ekaldes” (Andorra)

I təsnifat mərhələsi

Səpələnmişlər:

“Ferentsvaroş” (Macarıstan), “Qarabağ” (Azərbaycan), “Slovan” (Slovakiya), “Şerif” (Moldova), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Makkabi” (Hayfa, İsrail), “Jalgiris” (Litva), HIK (Finlandiya), “Flora” (Estoniya), “Şemrok Rovers” (İrlandiya), TNS (Uels), “Olimpiya” (Sloveniya), “Zrinski” (Bosniya və Herseqovina),

Səpələnməmişlər:

“Linkoln” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakuv” (Polşa),  “Aris” (Limassol, Kipr) “Haken” (İsveç), “Farul” (Rumıniya), “Valmieras” (Latviya), “Ballkani” (Kosovo), “Larne” (Şimali İrlandiya), “Hamrun” (Malta), “Hesperange” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya)