"Qarabağ"ın kapitanı Maksim Medvedev "Viktoriya" (Plzen) klubuna qarşı Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu buraxacaq.
Offsideplus.az xəbər verir ki, bu məsələ ilə bağlı komandanın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib. Təcrübəli mütəxəssis Maksimin hələlik kollektivlə məşqlərdə iştirak etmədiyini və fərdi hazırlıq keçdiyini bildirib.
Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq. Bakıdakı ilk oyunda qolsuz bərabərlik qeydə alınıb.