Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
Offsideplus.az xəbər verir ki, "Qarabağ" ÇL-də bu mövsüm topa ən çox sahib olan komandadır. Ağdam klubu 64 faizlə 1-ci pillədə qərarlaşıb. "Trabzonspor" (Türkiyə) 2-ci (62 faiz), "Reyncers" (Şotlandiya) isə 3-cüdür (56 faiz).
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ən çox qol vuran komandalar siyahısında isə 14 qolla 2-ci pillədə yer alır. Bu siyahıya 19 qolla Norveçin "Budo Qlimt" komandası başçılıq edir.
Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsinin ilk matçında Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qolsuz heç-heçə edib. Tərəflər arasında avqustun 23-də Plzendə keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.